satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti NATO sammitində iştirak etmək üçün Litvaya gedir

Türkiyə Prezidenti NATO sammitində iştirak etmək üçün Litvaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçiriləcək NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Litvaya səfər edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Sammitdə Ukraynadakı müharibə, eləcə də NATO ölkələrinə qarşı çağırışlar barədə fikir mübadiləsi aparılacaq. Sammitdə alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Türkiyə Prezidentinin sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM