satellite   Azerspace-1: 11135 H 30000

Çində uşaq bağçasına bıçaqlı hücum zamanı 6 nəfər ölüb

Çində uşaq bağçasına bıçaqlı hücum zamanı 6 nəfər ölüb

Çinin cənubundakı Quandın vilayətində naməlum şəxsin bıçaqla uşaq bağçasına hücumu nəticəsində ən azı 6 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Naxçıvan televiziyası polisin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 7:40 radələrində Liencian şəhərinin Henşan qəsəbəsində baş verib. Ölənlər arasında uşaqların olması barədə hələ məlumat yoxdur.

Hücumu törətməkdə şübhəli bilinən 25 yaşında kişi saxlanılıb. Hələlik hadisənin motivləri bilinməsə də, polisin açıqlamasında hücumun qəsdən törədildiyi vurğulanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM