satellite   Azerspace-1: 11135 H 30000

KİV: Fransa Yaponiyada NATO ofisinin açılmasına əngəl olur

KİV: Fransa Yaponiyada NATO ofisinin açılmasına əngəl olur

Yaponiyada NATO ofisinin açılması planının həyata keçirilməsi bu təşəbbüsü dəstəkləməyən Fransa hakimiyyətinin mövqeyinə görə çətinləşir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Kanalın öz qiymətləndirməsi iyulun 7-də jurnalistlərə açıqlamasında NATO-nun əməliyyat zonasının Şimali Atlantika regionu olduğunu, buna görə də Parisin Yaponiyada ofisinin açılmasına razılıq vermədiyini deyən Yeliseyin adının açıqlanmayan sözçüsünə əsaslanır.

O həmçinin bildirib ki, Fransa Prezidenti Emmanuel Makron “bu mövqeyini NATO-nun baş katibi Yens Stoltenberqə açıq şəkildə səsləndirib”.

Qeyd edək ki, Yaponiyada alyansın ofisinin açılması üçün bütün NATO üzvlərinin yekdil razılığı tələb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM