satellite   Azerspace-1: 11135 H 30000

Litva NATO sammiti ərəfəsində kiberhücumlara məruz qalıb

Litva NATO sammiti ərəfəsində kiberhücumlara məruz qalıb

Litva hökuməti NATO liderlərinin Vilnüsdə toplanacağından bir gün əvvəl ölkənin kiberhücum dalğasına məruz qaldığını bildirib.

Naxçıvan televiziyası xarici mediaya istinadən xəbər verir ki, kiberhücumlar Vilnüs bələdiyyəsinin internet saytlarına, o cümlədən turizm məlumat saytı və ictimai nəqliyyat proqramına yönəlib. Litva Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Liudas Alisauskas jurnalistlərə bildirib ki, hücuma məruz qalan sayt və proqramlar qonaqlara lazım olan əsas xidmətlər olub.

Litva Milli Kibertəhlükəsizlik Mərkəzi hazırda daha çox heyətlə gücləndirilib, polis və kəşfiyyat agentlikləri, eləcə də xarici tərəfdaşlarla əməkdaşlıq genişləndirilib. Mərkəzdən bildirilib ki, bazar günü əlavə iki kiber insidentlə bağlı məlumat da daxil olub. Nəticədə regional radiostansiya sındırılıb, telekanalın yayımı NATO və Ukraynanı hədəf alan dezinformasiya ilə kəsilib. Litvanın telekommunikasiya provayderi Telia da bazar ertəsi Telegram kanallarında Litvanın müxtəlif dövlət qurumlarına və şirkətlərinə hücum etmək üçün edilən zəngləri izlədiyini bildirib. Qeyd edək ki, Litva çərşənbə axşamı və çərşənbə günü NATO sammitinə ev sahibliyi etməyə hazırlaşır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM