satellite   Azerspace-1: 11135 H 30000

Rusiya İran istehsalı “Şahid”lərlə Kiyevə hücum edib

Rusiya İran istehsalı “Şahid”lərlə Kiyevə hücum edib

Ukraynanın paytaxtı Kiyevin hakimiyyət orqanları gecə şəhərin İran istehsalı dronların hücumuna məruz qaldığını bildirib.

Naxçıvan televiziyası Ukrayna KİV-ə istinadən xəbər verir ki, bütün aparatlar hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

“Düşmən bu ay ikinci dəfə Kiyevə havadan hücum edib. İlkin olaraq, iyulun əvvəllərində olduğu kimi, düşmən “Şahid” aparatından istifadə edib. İranın pilotsuz təyyarələri cənub istiqamətindən, ehtimal ki, Krasnodar diyarından buraxılıb”, - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko teleqramında yazıb.

Bundan əvvəl Kiyev vilayətində hava həyəcanı elan edilmişdi. Bu gecə Ukraynanın bir neçə bölgəsində hücum pilotsuz uçan aparatlarından istifadə təhlükəsi ilə bağlı həyəcan təbili çalınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM