satellite   Azerspace-1: 11135 H 30000

NATO Baş katibi: "Rusiya Ukraynada qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir"

NATO Baş katibi: "Rusiya Ukraynada qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir"

“Rusiya Prezidenti Vladimir Putin müharibədə qalib gəlsə, bu, təkcə Ukrayna deyil, bütün dünya üçün pis olacaq”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 11-də Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir: “Dünya daha təhlükəli olacaq. Ona görə də biz Ukraynanı güclü şəkildə dəstəkləyirik”.

Y.Stoltenberq, həmçinin qeyd edib ki, əslində, müharibə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM