satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Ukraynaya “Leopard” tankları və pilotsuz təyyarələr verəcək

Almaniya Ukraynaya “Leopard” tankları və pilotsuz təyyarələr verəcək

Almaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib.

Naxçıvan televiziyası  xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində təşkil olunan ictimai forumda deyib.

Onun sözlərinə görə, ən düzgün yol Ukraynanı lazım olduğu qədər dəstəkləməkdir.

Nazir qeyd edib ki, yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, döyüş sursatları və pilotsuz təyyarələr daxildir.

Bundan başqa, yeni hərbi yardım çərçivəsində Almaniya Ukraynaya “Leopard” tankları, minatəmizləmə texnikası və 20 minə yaxın döyüş sursatı verəcək.

Qeyd edək ki, Berlin sonuncu dəfə may ayında Kiyevə hərbi yardım paketi ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM