satellite   Azerspace-1: 11135 H 30000

Leysan yağışları Seulda 4 min evi elektriksiz qoyub

Leysan yağışları Seulda 4 min evi elektriksiz qoyub

Cənubi Koreyada bir neçə gündür davam edən leysan yağışları paytaxt Seulda təxminən 4 min evin elektriklə təminatının kəsilməsinə səbəb olub.

Naxçıvan televiziyası Seul meriyasının məlumatına istinadla xəbər verir ki, paytaxtın Sodemun rayonunda kökündən qopan ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. Dobonq rayonunda da güclü yağış səbəbindən elektrik təminatı dayandırılıb. Müvafiq qurumlar elektrik təchizatının bərpası üçün səfərbər olunub. Sodemun rayonunda isə avtomobil yolu çöküb. Gecə saatlarında Seulun əsas avtomobil yollarında hərəkət məhdudlaşıb. Şiddətli yağışlarla əlaqədar 134 nəfər təxliyə edilib.

Cənubi Koreyanın meteorologiya xidmətinin məlumatına əsasən, iyulun 14-də səhər tezdən bütün ölkə üzrə yağışlar yenidən intensivləşib. Bəzi bölgələrdə yağıntının miqdarının 200 millimetrə çatacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, iyulun 13-də Daxili İşlər Nazirliyi paytaxt Seulda da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində gözlənilən şiddətli yağışlarla əlaqədar ən yuxarı səviyyədə böhran xəbərdarlığı elan edib. Səlahiyyətli qurumlara, o cümlədən orduya leysan yağışlarının səbəb ola biləcəyi fəsadlara hazır olmaq tapşırılıb. Çay kənarında və dərələrdə yaşayanların təxliyəsinə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM