satellite   Azerspace-1: 11135 H 30000

Şavkat Mirziyoyev and içib və Özbəkistan Prezidenti səlahiyyətlərinin icrasına başlayıb

Şavkat Mirziyoyev and içib və Özbəkistan Prezidenti səlahiyyətlərinin icrasına başlayıb

Özbəkistanda növbədənkənar prezident seçkilərində qələbə qazanmış Şavkat Mirziyoyev cümə günü parlamentin aşağı və yuxarı palatalarının birgə iclasında and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Naxçıvan televiziyası Özbəkistan mediasına istinadla xəbər verir ki, inauqurasiya mərasimində deputatlarla yanaşı, Mərkəzi Seçki Komissiyasının və hökumətin üzvləri, Konstitusiya Məhkəməsinin hakimləri, Daşkənddə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının sədri Şavkat Mirziyoyevə Özbəkistan Respublikası Prezidentinin vəsiqəsini təqdim edib. Sonra seçilmiş dövlət başçısı əlini eyni zamanda Konstitusiyanın və Quranın üzərinə qoyaraq xalqına sədaqətlə xidmət göstərəcəyinə, ölkə Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyinə, Özbəkistan Respublikasının Prezidentinə həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirəcəyinə and içib.

Xatırladaq ki, Özbəkistanın hazırkı Prezidenti Şavkat Mirziyoyev iyulun 9-da keçirilən növbədənkənar seçkilərdə 87,05 faiz səs toplayaraq inamlı qələbə qazanıb. O, bundan əvvəl 2016-cı və 2021-ci illərdə dövlət başçısı seçilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM