satellite   Azerspace-1: 11135 H 30000

Yelisey çölündə Emmanuel Makronu fitə basıblar

Yelisey çölündə Emmanuel Makronu fitə basıblar

Fransa Prezidenti Emmanuel Makron Yelisey çölündə kütlə tərəfindən fitə basılıb.

Naxçıvan televiziyası Fransanın BFMTV kanalına istinadən xəbər verir ki, hadisə dövlət başçısının Bastiliyanın alınması ilə bağlı keçirilən hərbi parada Yelisey çölü ilə hərəkət edərkən baş verib.

Əraziyə toplaşan insanların bəziləri E.Makronu istefaya çağıran şüarlar səsləndiriblər.

Xatırladaq ki, ötən ilin yazında Fransa Prezidentinin üzərinə pomidor atılmışdı. Hadisə onun Paris yaxınlığında yerləşən Surgi bələdiyyəsinin sakinləri ilə görüşü zamanı baş vermişdi. Dövlət başçısı böyük izdihamın ortasında, mühafizəçilərin əhatəsində olarkən ona pomidor atılıb.

Qeyd edək ki, iyunun sonu - iyulun əvvəlində Fransada iğtişaşlar baş verib. İğtişaşların səbəbi Parisətrafı qəsəbələrdə 17 yaşlı əlcəzairəsilli Nahel Merzukun polis tərəfindən qətli olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM