satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Baxmutda əks-hücuma başlayıb

Ukrayna ordusu Baxmutda əks-hücuma başlayıb

Ukrayna Ordusu Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında əks-hücuma başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, Ukrayna qoşunları Limanski və Kupyanski istiqamətlərində Rusiya qüvvələrinin irəliləməsini dayandırıb.

Hazırda Baxmut istiqamətində şiddətli döyüşlər gedir: “Düşmən ehtiyatlardan istifadə edir və güclü müqavimət göstərir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 10 aydan çoxdur ki, Baxmutda vəziyyət gərgindir. Şəhərin mərkəzi Rusiya qoşunlarının nəzarətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM