satellite   Azerspace-1: 11135 H 30000

İvan Qavrilyuk: Ukrayna-Rusiya müharibəsi danışıqlarla yekunlaşmalıdır

İvan Qavrilyuk: Ukrayna-Rusiya müharibəsi danışıqlarla yekunlaşmalıdır

Ukrayna və Rusiya arasındakı müharibə danışıqlar və Rusiyanın nüvə silahından imtinası ilə yekunlaşmalıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikri “Tagesspiegel” nəşrinə müsahibəsində Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyuk söyləyib. O bildirib ki, dünyada bütün müharibələr danışıqlarla yekunlaşır və bu baxımdan Ukrayna ilə Rusiya arasında müharibə də istisna olmamalıdır.

Nazir müavininin sözlərinə görə, hər hansı sənədi imzalayarkən Rusiya nüvə silahından imtina etməlidir. Müharibə Ukraynanın bütün ərazilərinin qaytarılması ilə başa çatacaq, bununla belə, düşmənin yenidən hücuma keçməsini mümkünsüz edəcək mexanizm yaratmaq lazımdır.

“Sazişi bir tərəfdən Ukraynanı dəstəkləyən dövlətlərin koalisiyası, digər tərəfdən Rusiya imzalayacaq. Bu sənəddə Rusiyanın nüvə silahından imtinası ilə bağlı bənd olmalıdır, çünki bu dövlət sülhə təhdiddir”, - deyə İvan Qavrilyuk vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM