satellite   Azerspace-1: 11135 H 30000

Pakistan üzərindən uçuşların sayı iki dəfə azalıb

Pakistan üzərindən uçuşların sayı iki dəfə azalıb

İslamabad və Tehran arasında gərginliyin artması fonunda Pakistan hava məkanından aviasiya uçuşlarının sayı təxminən iki dəfə azalıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə mülki aviasiya sahəsindəki vəziyyətlə tanış olan mənbələrə istinadla “The Express Tribune” nəşri məlumat yayıb.

Məlumata görə, yanvarın 18-də Pakistanın hava məkanında 450 uçuş qeydə alınıb, halbuki adi vaxtlarda bu rəqəm 700-750-yə çatır. Aviaşirkətlər Pakistan üzərindən uçmaq üçün Mülki Aviasiya İdarəsinə (CAA) pul ödəyir və uçuşların azaldılması ölkənin gəlirlərinə mənfi təsir göstərir. CAA sözçüsü aviareyslərə heç bir məhdudiyyət olmadığını və Pakistan hava məkanında bütün uçuşlara standart əməliyyat prosedurlarına uyğun nəzarət edildiyini bildirib.

Xatırladaq ki, yanvarın 16-da İran silahlı qüvvələri Pakistan ərazisində “Ceyş əz-Zolm” terror qruplaşmasının iki qərargahına hücum edib. Əməliyyat zamanı PUA və raketlərdən istifadə olunub. Pakistan Xarici İşlər Nazirliyi hücumu pisləyib və bunu ölkənin hava sərhədlərinin pozulması kimi dəyərləndirib.

Yanvarın 18-də isə Pakistan tərəfi İranın Sistan və Bəlucistan əyalətində antiterror əməliyyatı keçirərək ekstremistlərin sığınacaqlarına zərbələr endirib. Regionun hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində 10 nəfər həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM