satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində 6 nəfər olub

Əfqanıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində 6 nəfər olub

Yanvarın 20-si şənbə günü axşam Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş Falcon 10 təyyarəsi əlaqəni dayandıraraq radar ekranlarından itib.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) məlumat yayıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 6 (altı) nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub.

“Falcon 10” “Athletic Group MMC”yə və fərdi şəxsə məxsusdur.

Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.

Qeyd olunub ki, hava gəmisinin ilk uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.

Hazırda təyyarənin axtarışı davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM