satellite   Azerspace-1: 11135 H 30000

Filippində daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 15-ə çatıb

Filippində daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 15-ə çatıb

Filippinin cənubundakı Davao bölgəsində torpaq sürüşməsi və şiddətli daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası məlumat yayıb.

Şura Davao de Oro əyalətində 13, Davao şəhərində isə 2 nəfərin öldüyünü, azı 5 nəfərin yaralandığını bildirib.

Mindanao adasının Davao bölgəsindəki beş əyalətdə güclü yağışlar nəticəsində 83 mindən çox ailə və ya 349 mindən çox insan daşqın və torpaq sürüşmələrindən zərər çəkir.

Bazar ertəsindən cümə axşamına kimi yağan güclü leysan bölgədə daşqın və torpaq sürüşmələrinə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM