satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Somali sahillərində yoxa çıxan iki ABŞ əsgərinin öldüyünü elan edib

Pentaqon Somali sahillərində yoxa çıxan iki ABŞ əsgərinin öldüyünü elan edib

ABŞ Müdafiə Nazirliyi yanvarın 11-də Somali sahilində Ədən körfəzində yoxa çıxmış ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı iki əsgərini ölü hesab edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilib.

“Təəssüflə bildiririk ki, 10 gün davam edən hərtərəfli axtarışdan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı iki əsgəri tapılmayıb və hazırda ölü hesab edilir”, – sənəddə qeyd olunub.

Bildirilib ki, hərbçilər İran istehsalı olan silahları daşıyan gəmiyə minərkən yoxa çıxıblar.

Xatırladaq ki, daha öncə “The Washington Post” mənbələrinə istinadən iki əsgərin Somali sahilində gəmiyə minmək istəyərkən suya düşdüyünü yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM