satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan canlı yayımda kosmosdakı ilk türkiyəli astronavtla danışıb

Ərdoğan canlı yayımda kosmosdakı ilk türkiyəli astronavtla danışıb

Türkiyənin ilk astronavtı olan Alper Gezeravcı kosmosdan ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.

Naxçıvan televiziyası “Anadolu”ya istinadən xəbər verir ki, R.T.Ərdoğan A.Gezeravcıya uğurlar arzulayıb.

Kosmonavt isə öz növbəsində mövcud vəziyyət və həyata keçirilən təcrübələr barədə dövlət başçısını məlumatlandırıb.

Ərdoğan bildirib ki, bu hadisə ölkədəki yeniyetmə və gənclər üçün də yeni stimul mənbəyi olub: “Bundan sonra, ola bilsin, onlarca övladımız bu sahəyə meyillənəcək. Artıq Türkiyə kosmosda fəaliyyət göstərən ölkələrdən biri oldu. Bu istiqamətdə işlərimiz davam edəcək. Bu səyahətlə Türkiyə kosmosda fəaliyyətində yeni mərhələnin əsasını qoyub”.

Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM