satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Rusiyaya qarşı döyüşən əcnəbilərə vətəndaşlıq verəcək

Ukrayna Rusiyaya qarşı döyüşən əcnəbilərə vətəndaşlıq verəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün Rusiyaya qarşı döyüşən əcnəbilərə vətəndaşlıq verilməsini nəzərdə tutan qanun layihəsini bəyan edib.

Naxçıvan televiziyası Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Birlik Günü” münasibətilə sosial media hesabında paylaşımında qeyd edib. O, bildirib ki, bu gün Ali Radaya təqdim etdiyi qanun layihəsi hərtərəfli hüquqi düzəlişlərin qəbul edilməsinə və ikili vətəndaşlığa imkan verəcək.

“Ukraynanın müdafiəsi uğrunda silah götürən xarici döyüşçülər, öz vətənləri imiş kimi Ukraynanın azadlığı uğrunda döyüşən hər kəs. Ukrayna onlar üçün belə (Vətən) olacaq”.

Qanun layihəsi ilə ukraynalıların Rusiya istisna olmaqla, digər ölkələrlə ikili vətəndaşlığına rəsmi şəkildə icazə veriləcək”, - Zelenski qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM