Akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib<font color=red> - FOTOLAR</font> Akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib<font color=red> - FOTOLAR</font>

AMEA-nın Naxçıvan Bölməsində tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudovun 85 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN-a  verilən məlumata görə, konfransda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev akademik Yaqub Mahmudovun həyatının, eləcə də elmi, pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas mərhələlərinə nəzər salıb, onu yüksək mənəviyyata malik insan kimi xarakterizə edib. Tədbirin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən keçirildiyini diqqətə çatdıran bölmə sədri vurğulayıb ki, konfransın keçirilməsi Yaqub Mahmudovun elmi irsinin tanıdılması və təbliği xarakteri daşımaqla bərabər, həm də gənclərdə elmi yaradıcılığa maraq yaratmaq məqsədi daşıyır.

“Akademik Yaqub Mahmudov Azərbaycan tarix elminin seçilən nümayəndəsi, çoxsaylı elmi problemlərin sistemləşdirilərək tədqiq olunduğu fundamental əsərlərin müəllifi, Turan məfkurəsinə xidmət edən elm xadimidir”, - deyən İsmayıl Hacıyev bildirib ki, fundamentallıq kəsb edən kitab və monoqrafiyaları, 18 cilddə toplanan əsərləri onun tarixşünaslığımıza verdiyi mühüm töhfələrdir.

Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Akademik Yaqub Mahmudovun həyatı və ictimai-siyasi fəaliyyəti”, həmin institutun elmi işlər üzrə direktor müavini. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Akademik Yaqub Mahmudovun elmi fəaliyyəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Akademik Yaqub Mahmudovun elmi irsində Naxçıvan tarixi məsələləri” başlıqlı məruzələr ediblər.

Məruzələrdə akademikin həyatı və fəaliyyəti barədə geniş məlumat verilib, namizədlik dissertasiyasından başlayaraq müəllifi olduğu əsərlərin mahiyyətindən, bir çox tarixi faktların dəqiqləşdirilməsi və təhriflərin aradan qaldırılmasındakı rolundan söz açılıb.

Yaqub Mahmudov həmçinin Naxçıvanın tarixi, arxeoloji abidələri ilə bağlı araşdırmaların müəllifidir. O, Naxçıvanla bağlı saxta erməni iddialarının əsassızlığını tutarlı tarixi faktlar əsasında sübuta yetirmiş, hər zaman azərbaycanşünaslıq elminin zənginləşdirilməsinə xidmət etmişdir.

Məruzələrdən sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin çıxışı dinlənilib.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM