satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb - FOTOLAR

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb<font color=red> - FOTOLAR</font>

Fevralın 19-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, mərkəzə qəbul olunan şagirdlər bacarıqları və maraqları nəzərə alınaraq qruplara bölünüb və burada IV-XI sinif şagirdləri üçün proqramlaşdırma, mühəndislik-elektronika, 3D printer və 3D model hazırlama, istehsal-CNC lazer yaradıcılıq, Vex Lego-Robototexnika, STEAM uşaq, dron texnologiyası üzrə təlimlər təşkil ediləcək. Şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər.

Mərkəzdə, həmçinin məktəblilər kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə, müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM