satellite   Azerspace-1: 11135 H 30000

Agentlik: Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı məsələ nəzarətdədir

Agentlik: Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı məsələ nəzarətdədir

Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı yayılan məsələ aidiyyəti qurumların nəzarətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır: "Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir".

Agentlik hazırda tədris prosesinin ənənəvi qaydada davam etdiyini vurğulayıb: "Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM