satellite   Azerspace-1: 11135 H 30000

Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin sayı azaldılıb

Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin sayı azaldılıb

Elm və Təhsil Nazirliyi Aparatının xidməti minik avtomobillərinin say həddi azaldılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərarla Elm və Təhsil Nazirliyi Aparatının xidməti minik avtomobillərinin say həddi 23-dən 10-a endirilib.

Həmçinin, nazirliyin ərazi və yerli bölmələri üzrə mövcud 13 xidməti avtomobil ləğv edilib.

Eyni zamanda, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə qaldırılıb.

Dəyişikliklə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə 3, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə isə 17 xidməti minik maşını ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM