Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə elan olunub.
Nazirlikdən Naxçıvan televiziyası-a verilən məlumata görə, müsabiqəyə təhsil müəssisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 17, kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 19 vəzifə çıxarılıb.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 13-29 mart tarixləri arasında şəhər və rayon Təhsil Şöbələrinə müvafiq sənədlərini təqdim edə bilərlər.
Hər namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.
Vakansiya haqqında ətraflı məlumat https://bitly.ws/3fHSv linkində yerləşdirilib.
