satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticə göstərib

Naxçıvan şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticə göstərib

NTV-nin məlumatına görə, 2024-2025-ci tədris ilində buraxılış imtahanlarında ölkə üzrə ən yüksək nəticəni Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri göstərib. Ordubad və Şahbuz rayonlarının şagirdləri də yüksək nəticələrinə görə  ölkə üzrə ilk beşlikdə yer alıblar 

Dövlət İmtahan Mərkəzinin 2024–2025-ci tədris ili üzrə IX və XI siniflərin buraxılış imtahanlarına dair illik hesabatında Naxçıvan məktəblilərinin uğurlu nəticələri xüsusi diqqət çəkib.

XI siniflər üzrə buraxılış imtahanlarında ölkə üzrə ən yüksək orta nəticə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinə məxsus olub (158.37 bal). Eyni zamanda, Ordubad rayonunun şagirdləri də yüksək nəticə göstərərək ölkə üzrə ilk beşlikdə yer alıblar.

IX siniflər üzrə buraxılış imtahanlarında isə Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrinin şagirdləri ölkə üzrə ikinci ən yüksək nəticəni əldə ediblər (143.08 bal). Şahbuz rayonunun məktəbliləri də uğurlu göstəriciləri ilə ölkə üzrə ilk beşlikdə qərarlaşıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM