satellite   Azerspace-1: 11135 H 30000

AMEA ilk dəfə beynəlxalq elmi qurumun üzvlüyünə qəbul edilib

AMEA ilk dəfə beynəlxalq elmi qurumun üzvlüyünə qəbul edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) üzvlüyünə qəbul edilib.

AMEA-dan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, bu barədə AASSA-dan göndərilən məktubda bildirilib.

Qeyd edilib ki, bu, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi olaraq tərkibinə daxil olduğu ilk beynəlxalq qurumdur. Baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşən Asiya Elmlər Akademiyaları və Assosiasiyaları Cəmiyyəti 34 ölkənin Elmlər akademiyalarını əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM