satellite   Azerspace-1: 11135 H 30000

Gələn ildən şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqi gözlənilir

Gələn ildən şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqi gözlənilir

2023-2024-cü tədris ilindən etibarən şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqi gözlənilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, şagird davranış qaydaları ilə bağlı pilot layihə hazırda 300 məktəbdə tətbiq olunur. O qeyd edib ki, qaydaların tədris ilinin sonunda toplanan məlumatlar və tədqiqatlar əsasında son düzəlişlər edilərək tətbiq edilməsi planlaşdırılır. Bildirib ki, qaydalar özünü doğrultmadığı təqdirdə pilot layihənin müddətinin uzadılacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM