satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbul üçün 343 vakant vəzifə çıxarılıb

Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbul üçün  343 vakant vəzifə çıxarılıb

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbul üçün müsabiqə elan edib.

Mərkəzdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 28 fevral - 28 mart 2023-cü il tarixlərdə Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər. Maraqlananlar Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı, təhsilə qoyulmuş tələblər, imtahan mövzuları haqqında əlavə məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://ndim.gov.az/storage/postFile/mtom-musabiqe_27-02-2023_15-58-48.pdf

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM