satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandakı səhiyyə müəssisələrinə işə qəbul üçün müsabiqə elan edilib

Naxçıvandakı səhiyyə müəssisələrinə işə qəbul üçün müsabiqə elan edilib

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə işə qəbul üçün müsabiqə elan edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər martın 1-dən aprelin 1-dək İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı, təhsilə qoyulmuş tələblər, imtahan mövzuları haqqında əlavə məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://ndim.gov.az/storage/postFile/sehiyye-musabiqe_28-02-2023_13-01-15.pdf

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM