satellite   Azerspace-1: 11135 H 30000

DİM “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib

DİM “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, bu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib.

Bu nömrədə həmçinin:

- BƏZİ TEST TAPŞIRIQLARININ İZAHI VƏ TÖVSİYƏLƏR;

- ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏLƏR;

1. TARİX FƏNNİNDƏN “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)”;

2. COĞRAFİYA FƏNNİNDƏN “Azərbaycanın iqtisadi rayonları”.

- 2022-ci ilin TƏLƏBƏ QƏBULU MÜSABİQƏSİNDƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İXTİSASLARI ÜZRƏ FORMALAŞMIŞ KEÇİD BALLARI və digər zəruri materiallar təqdim olunub.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM