satellite   Azerspace-1: 11135 H 30000

Rəsədxana kosmik hava durumunu və proqnozunu açıqlayıb

Rəsədxana kosmik hava durumunu və proqnozunu açıqlayıb

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu və proqnozunu açıqlayıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə rəsədxanadan məlumat verilib. Bildirilib ki, geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Bu gün üçün hesabatda G1 səviyyəli qasırğa qeyd edilib. Hazırda isə Kp indeksi 4-ə bərabərdir.

Martın 6-dan 8-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M sinif 55 faiz (R1-R2), X sinif isə 10 faiz (R3) təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə pik səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Geomaqnit sahəsinin CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə bir qədər aktivləşəcəyi proqnozlaşdırılsa da, növbəti 3 günlük periodda geomaqnit qasırğası gözlənilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM