satellite   Azerspace-1: 11135 H 30000

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə danışıq bloku imtahanı davam edir

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə danışıq bloku imtahanı davam edir

Xarici dil üzrə danışıq bloku imtahanı iyunun 16-dan etibarən keçirilir və bu gün başa çatır. İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından imtahana buraxılış vərəqəsini çap edib vərəqədə göstərilən yer (DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binası, 8 Noyabr metrostansiyasının yanı) və saatda imtahan verirlər. Namizəd və iddiaçılar imtahana buraxılış vərəqəsində göstərilən vaxtda qeyd olunan ünvanda olmalıdırlar.

Bu barədə Naxçıvan televiziyası-a DİM-dən məlumat verilib. Bildirilib ki, ilk 3 gün ərzində imtahanda iştirak etməli olan 1863 nəfərdən 69-u imtahana gəlməyib.

DİM danışıq bloku imtahanına gəlməyən şəxslər üçün imtahan vermək imkanı təklif edir. İmtahanda iştirak etmək istəyənlər 19 iyun saat 12:50-dən 13:20-dək DİM-in 8 Noyabr metrostansiyasının yanında, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasına yaxınlaşa bilərlər.

Xatırladaq ki, danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM