satellite   Azerspace-1: 11135 H 30000

Magistratura səviyyəsi üzrə “SABAH” qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə

Magistratura səviyyəsi üzrə “SABAH” qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyulun 6 dan 13-dək aparılacaq. İxtisaslaşma seçiminə fevralın 19-da və iyunun 11-də keçirilmiş magistraturaya qəbul imtahanlarında nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Bu barədə Naxçıvan televiziyası-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan “SABAH” qruplarına daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə iyulun 3–10-da müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.

Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat iyulun 3-6-da Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat linki göstərilən tarixlərdə aktiv ediləcək.

Müsahibədə uğur qazanmış bakalavrlara “SABAH” qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM