satellite   Azerspace-1: 11135 H 30000

6700-ə yaxın bakalavr magistratura üzrə ixtisaslaşma seçimi edib

6700-ə yaxın bakalavr magistratura üzrə ixtisaslaşma seçimi edib

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası-a verilən xəbərə görə, 10 iyul saat 09:15-ə olan məlumata əsasən, 6696 bakalavr (Azərbaycan bölməsi üzrə 6096, rus bölməsi üzrə 600) öz ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız 13 iyul saat 23:59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Qeyd: SABAH qrupları üzrə ixtisaslaşmaları 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından uğurla keçmiş bakalavrlar seçə bilərlər. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində bu gün saat 12:00-dək tələbələrin qeydiyyatı aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM