satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universiteti SAT imtahan mərkəzinin təqdimat mərasimi keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Universiteti SAT imtahan mərkəzinin təqdimat mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universiteti SAT imtahan mərkəzinin təqdimat mərasimi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kimya-Biologiya təmayüllü Liseydə Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayan regional SAT imtahan mərkəzinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində bildirilib ki, Naxçıvan Dövlət Universitetindəki SAT imtahan mərkəzi Dijital SAT imtahanı üçün onlayn qeydiyyat aparılacaq, İmtahan mərkəzi, SAT konsultasiya mərkəzi və SAT hazırlıq mərkəzi kimi fəaliyyət göstərəcək. Həmçinin mərkəzdə koordinator, köməkçi koordinator, texniki mütəxəssis və repetitorların fəaliyyət göstərməsi nəzərdə tutulur.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti SAT imtahan mərkəzi kimi fəaliyyət göstərəcək ilk dövlət ali təhsil müəssisəsidir. Mərkəzin koordinatoru Aidə Cəlilzadədir. Naxçıvan Dövlət Universiteti 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatları College Board təşkilatı tərəfindən rəsmi olaraq SAT imtahan mərkəzi kimi qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM