satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda "Gənclər həftəsi"nə start verilib - FOTOLAR

Naxçıvanda "Gənclər həftəsi"nə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda "Gənclər həftəsi"nə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda "Gənclər həftəsi"nə start verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və aid təşkilatlarla birgə Azərbaycan Gəncləri Gününün Naxçıvanda qeyd olunması məqsədilə hazırlanan "Gənclər həftəsi" proqramının icrasına başlayıb. Məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam həyat tərzinə cəlbi, intellektual səviyyələrinin yüksəldilməsi, dünya görüşlərinin zənginləşdirilməsi və fəaliyyətlərinin qiymətləndirilməsidir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, bu münasibətlə təşkil olunan ilk tədbir gənclərin iştirakı ilə Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya olub. Sonra gənclər üçün bədii film nümayişi təşkil olunub.

"Gənclər həftəsi" çərçivəsində intellektual oyun, dəyirmi masa, təlim və idman yarışı da təşkil olunacaq. Fevralın 2-də isə gənclərin mükafatlandırılması mərasimi keçiriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM