satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar - FOTOLAR

Azərbaycan karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar<font color=red> - FOTOLAR</font> Azərbaycan karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar<font color=red> - FOTOLAR</font> Azərbaycan karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar<font color=red> - FOTOLAR</font> Azərbaycan karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar<font color=red> - FOTOLAR</font>

Azərbaycanın gənc və yeniyetmə karateçiləri Gürcüstanda keçirilmiş Avropa birinciliyində 8 medal qazanıblar.

Naxçıvan televiziyası xəbər verir ki, milli komanda qitəmiqyaslı yarışı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

55 və 61 kiloqram çəki dərəcələrində, müvafiq olaraq, Fərid Hacızadə və Aslan Dostuyev fəxri kürsünün ilk pilləsinə qalxıblar. Cahangir Qayıbov (70 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) gümüş mükafatlara yiyələniblər.

Yığmanın 4 üzvü – Vüsal Qəmbərov isə (52 kiloqram), Rəvan Abbasov (57 kiloqram), Ələddin Məlikov (63 kiloqram) və Hüseyn Məmmədli (67 kiloqram) bürünc medala sahib olublar.

Bu nəticələr sayəsində Azərbaycan millisi komanda hesabında 49 ölkə arasında 7-ci yeri tutub.

Avropa birinciliyində görüşləri idarə edən 2 hakim - Vüsal İsrafilov və Mais Mədətovun kateqoriyaları artırılıb.

Avropa birinciliyində 49 ölkədən ümumilikdə 1166 karateçi mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM