Premyer Liqa: “Səbail” Qəbələdə “Kəpəz”ə qalib gəlib

Premyer Liqa: “Səbail” Qəbələdə “Kəpəz”ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, günün yeganə matçında “Səbail” “Kəpəz”lə üz-üzə gəlib.

Gəncə şəhər stadionundakı yenidənqurma işləri ilə əlaqədar “Kəpəz” bu rəqibini də Qəbələdə qəbul edib. Qarşılaşmada hesabı nominal meydan sahibləri açıblar. 29-cu dəqiqədə Martins Junior qapıçı ilə dueldən qalib ayrılıb.

Lakin gəncəlilər üstünlüyü qoruya bilməyiblər. Əvvəlcə 45+6-cı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom “skatus-kvo”nu bərpa edib. Fasilədən dərhal sonra bakılılar önə keçiblər. 51-ci dəqiqədə Rüfət Abdullazadə yaxın məsafədən "çərçivə"ni dəqiq nişan alıb. Bundan 9 dəqiqə sonra Suleyman Alluş cərimə meydançası daxilindən qüvvətli zərbə ilə toru silkələyib. Niderlandlı yarımmüdafiəçi 90-cı dəqiqədə dublunu rəsmiləşdirib. Alluş müdafiə xəttinin kobud səhvini bağışlamayıb.

Beləliklə, 4:1 hesablı qələbə qazanan “Səbail” xallarının sayını 30-a yüksəldib. Şahin Diniyevin yetirmələri 5-ci pillədə qərarlaşıb. 9-cu sıradakı “Kəpəz” isə 20 xalda qalıb.

Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Sabah”la heç-heçə edib - 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM