satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçilib

Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçilib

Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına layiq görülüb.

Naxçıvan televiziyası Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, idmançı 226 min 339 səslə bütün rəqiblərini qabaqlayıb.

O, səslərin 52 faizini toplayıb.

İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O, 196 min 735 səslə (46 faiz) birinci olub.

Qeyd edək kİ, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Malkinin yer aldığı yığmamız da komanda hesabında birinci olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM