satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

“Latsio” komandası İtaliyada Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək. Fransa çempionu PSJ isə doğma meydanda İspaniya “Real Sosyedad”ı ilə qarşılaşacaq.

Bu komandalar arasında cavab oyunları martın 6-da baş tutacaq.

Qeyd edək ki, 1/8 finalın ilk görüşlərində İngiltərənin “Mançester Siti” klubu Danimarkada “Kopenhagen”i 3:1, İspaniya “Real Madrid”i isə Almaniyada “Leyptsiq”i 1:0 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM