satellite   Azerspace-1: 11135 H 30000

“Real” klubunun braziliyalı futbolçuları yubiley oyunlarını keçiriblər

“Real” klubunun braziliyalı futbolçuları yubiley oyunlarını keçiriblər

İspaniyanın “Real” klubunun braziliyalı futbolçuları Rodriqo və Vinisius Junior yubiley oyunlarını keçiriblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Leyptsiq”lə (Almaniya) səfər görüşünə təsadüf edib.

Rodriqo bununla “Kral klubu”nun heyətində 200-cü qarşılaşmasına çıxıb. Vinisius isə ÇL-də 50-ci oyununda iştirak edib. 23 yaş 216 günlüyündə bunu reallaşdıran Vinisius qitənin ən nüfuzlu klub turnirində bu həddə çatan ən gənc 5-ci oyunçudur. O, yalnız İker Kasilyas, Lionel Messi, Kilian Mbappe və Sesk Fabreqasdan geri qalır.

Qeyd edək ki, “Real” səfərdə 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü martın 6-da Madriddə reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM