satellite   Azerspace-1: 11135 H 30000

"Böyük Dəbilqə": Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır

"Böyük Dəbilqə": Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 8 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, yarışın sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Böyük Dəbilqə

Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final

Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final

Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final

Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final

Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final

Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir

Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final

Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM