satellite   Azerspace-1: 11135 H 30000

“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə”də qızıl medal qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) finalda macarıstanlı Krisztian Tothu məğlub edərək birinci olub.

Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.

Bu gün, həmçinin, millinin digər üzvü - Camal Qamzatxanov (+100 kq) qızıl mükafat qazanmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM