satellite   Azerspace-1: 11135 H 30000

"Braqa" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Braqa" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Artur Jorjenin baş məşqçisi olduğu kollektiv XXII turda "Farense"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. "Braqa"nın qollarını 62-ci dəqiqədə Simon Banza, 85-ci dəqiqədə Çer Ndur vurublar. Qonaqların heyətində Mohamed Bellumi 74-cü dəqiqədə fərqlənib.

"Braqa" 43 xalla 4-cü, "Farense" 26 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda səfərdə qələbə qazanıb - 4:2. Cavab görüşü fevralın 22-də reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM