satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan güləş millisi Avropa çempionatında medal sıralamasında ikinci olub

Azərbaycan güləş millisi Avropa çempionatında medal sıralamasında ikinci olub

Azərbaycan güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub.

Naxçıvan televiziyası-ın məlumatına görə, yunan-Roma, sərbəst və qadın güləşçilər ümumilikdə 16 medal qazanaraq buna nail olublar.

Qitə birinciliyinə 25 pəhləvanla yollanan heyət 5 qızıl, 3 gümüş, 8 bürünc medala yiyələnib. Sərbəst güləşçilər 1 gümüş, 6 bürünc, yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc, qadınlar isə 2 qızıl və 1 bürünc mükafata sahib çıxıblar.

Komandamız yalnız Türkiyədən geri qalıb. Qardaş ölkə təmsilçiləri 17 medal (7 qızıl, 6 gümüş, 4 bürünc) qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında 30 dəst medal öz sahibinə verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM