satellite   Azerspace-1: 11135 H 30000

"Qalatasaray"ın baş məşqçisi Superliqanın tarixinə düşüb

"Qalatasaray"ın baş məşqçisi Superliqanın tarixinə düşüb

"Qalatasaray" komandasının baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının tarixinə düşüb.

Naxçıvan televiziyası İstanbul təmsilçisinin rəsmi "X" hesabına istinadən xəbər verir ki, mütəxəssis buna "sarı-qırmızılar"ın XXVI turda səfərdə "Ankaragücü"nü məğlub etməsi (3:0) sayəsində nail olub.

O, Superliqada bir komandanın "sükanı arxasında" 50 qalibiyyətə ən az matçda (62 oyun) çatan baş məşqçidir.

Qeyd edək ki, "Qalatasaray" 69 xalla birinci pillədə qərarlaşıb. İkinci sıradakı "Fənərbağça"nın 67 xalı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM