satellite   Azerspace-1: 11135 H 30000

Məhəmməd Salah zədə səbəbindən “Liverpul”un növbəti üç oyununu buraxacaq

Məhəmməd Salah zədə səbəbindən “Liverpul”un növbəti üç oyununu buraxacaq

İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah zədə səbəbindən qarşıdakı üç oyununu buraxacaq.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı misirli forvard fevralın 21-də “Luton”la Premyer Liqa, fevralın 25-də “Çelsi” ilə İngiltərə Liqa Kuboku və fevralın 28-də “Sauthempton”la ölkə kubokunun 1/8 final qarşılaşmalarında iştirak etməyəcək. Onun ən azı martın 2-dək yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlər daxil olmaqla 28 matçda iştirak edib, 19 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM