satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqası: "Braqa"nın Bakıya gələcək heyəti bəlli olub

UEFA Avropa Liqası: "Braqa"nın Bakıya gələcək heyəti bəlli olub

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" ilə qarşılaşacaq "Braqa"nın Bakıya gələcək heyəti bəlli olub.

Naxçıvan televiziyası xəbər verir ki, baş məşqçi Artur Jorje səfər görüşündə 23 futbolçuya güvənəcək.

Menisk əməliyyatından sonra bərpa prosesini başa vuran Bruma da heyətdə yer alıb. Kapitan Rikardo Orta isə bu dəfə də komandadan kənarda qalıb.

Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek

Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendeş, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa

Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare

Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rocer Fernandeş, Simon Banza.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM