satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisinin hücumçusu məşqlərə başlayıb

Azərbaycan millisinin hücumçusu məşqlərə başlayıb

Azərbaycan millisinin futbolçusu Mahir Emreli məşqlərə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Xorvatiyanın “Dinamo” klubunun hücumçusu komandanın dünənki məşqində kollektivlə birgə hazırlıqda iştirak edib.

26 yaşlı ön xətt oyunçusu özü də məşqdən şəkil paylaşıb. Onun UEFA Konfrans Liqasının pley-off mərhələsində İspaniya klubu “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçinin qərarından asılı olacaq.

Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM