satellite   Azerspace-1: 11135 H 30000

Arif Əsədovdan “Qarabağ”a xəbərdarlıq: "Braqa" yaralı aslana bənzəyir

Arif Əsədovdan “Qarabağ”a xəbərdarlıq: "Braqa" yaralı aslana bənzəyir

"Qarabağ" səfərdə 4:2 hesablı qələbə qazansa da, bu, komandanı arxayınlaşdırmamalıdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri  açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi cavab oyunu barədə danışarkən deyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubunu güclü rəqiblə çətin oyun gözləyir: "Braqa" hazırda yaralı aslana bənzəyir. Meydanda bütün gücünü göstərməyə çalışacaq. Qurban Qurbanovun komandası motivasiyalı oynasa, mərhələni keçən tərəf biz olacağıq".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM