satellite   Azerspace-1: 11135 H 30000

UEFA reytinqi: "Qarabağ"ın mərhələ adlaması Azərbaycana növbəti əmsalları qazandırıb

UEFA reytinqi: "Qarabağ"ın mərhələ adlaması Azərbaycana növbəti əmsalları qazandırıb

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, Ağdam klubunun mərhələ adlaması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM